Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2016

06 apreldə gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Aprelin 06-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 12-17, Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.



Azərbaycanın rayonlarında

Aprelin 06-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.
1093 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.11.17, 11:58
İMAM RZA (Ə)
16.11.17, 17:28
Ər-Riyad Suriyanın