Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2016

"İran heç vaxt hər hansı müsəlman dövlətinin dağılmasına imkan verməyəcək"

Aprelin 5-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general Məhəmməd Əli Cəfəri Sepah komandirləri ilə görüşü zamanı İranın terrorçulara qarşı mübarizədə Suriya hökumətini dəstəkləməyə davam edəyini söyləyib.
General Məhəmməd Əli Cəfəri bu barədə belə danışıb: "Biz Suriya hökumətini terrorçu qruplara qarşı mübarizədə dəstəkləyirik. Suriyanın suverenliyinin və ərazi bütövlüyünün daimiliyini dəstəkləməkdə davam edəcəyik və heç vaxt imkan verməyəcəyik ki, hər hansı müsəlman torpaqları bölünsün."

İsrail Kəşfiyyat Nazirliyinin Baş direktoru Ben-Barakın fevralın 14-də etdiyi Suriyanın ələvi və sünnilərin yaşadığı ərazilər olmaqla, 2 ayrı-ayrı hissəyə bölünməsi təklifinə münasibətini bildirən general Məhəmməd Əli Cəfəri, "Sionistlərin planı müsəlman torpaqlarını parçalamaqdır", -deyə qeyd edib.

General Cəfəri həmçinin bildirib ki, İran İslam Respublikası düşmənin olacaq təhlükələrinin qarşısını almaq üçün raket sistemini bundan sonra da inkişaf etdirəcək./Eastnews/
552 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...