Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2016

İşğalçı İsrailin regionda yeni imkanları

Hal-hazırda işğal edilmiş ərazilərdə İsrail və Ərəbistanın daha tez bir-birinə yaxınlaşması üçün yaranmış imkanlardan söhbət gedir. İsrail də regionda yaranmış yeni imkanlar barədə düşünür. Bu barədə məlumatı sionist rejiminə bağlı “Əl-Məsdər” xəbər agentliyi verib.
Xəbərdə deyilir ki, İranla Amerika arasında münasibətlərin düzəlməsindən sonra Ərəbistan özünü bir növ zərərçəkmiş hesab edir və bu da onu İsrailə yaxınlaşmağa tərəf sövq edir. İsrailin başda Ərəbistan olmaqla Yaxın Şərqdə sünnü bazalarına dolayı yolla kömək etməsi təzə bir məsələ deyil.
Hal-hazırda İsrail rəhbərləri Fars körfəzi ölkələri ilə ortaq maraqlar və xüsusilə də İranla qarşılaşmaq üçün əməkdaşlıq etmək layihələri üzərində işləyirlər. İsrail indiki şəraitdə digər zamanlardan daha çox Yaxın Şərq ölkələrinə yaxınlaşmağa ehtiyac duyur və İran hər iki tərəf üçün ortaq düşmənə çevrilmişdir.
Üstəlik, İranın müttəfiqi olan Hizbullah da İsrail və Səudiyyə Ərəbistanının ortaq düşməninə çevrilmişdir. Ərəbistanın Hizbullaha bağlı “Əlminar” peyk telekanalının yayınlanmasına mane olmasından sonra Ərəbistan və İsrail yaxınlaşması daha artıq hiss olunur.
Hər iki rejim Əsəd barədə də eyni fikirdədir.
İsrail və Ərəbistan arasında yaxınlaşmanın digər təzahürü, sionist rejim xarici işlər nazirliyinin baş direktoru Dore Goldun Beytul-Müqəddəsdə Ərəbistan nəşriyyatı “İlaf” ilə mətbuat konfransıdır.
Sionist rejimin xarici münasibətlərinin bir növ məsulu olan Gold, sözü gedən mətbuat konfransında ərəb ölkələri ilə münasibətlər qurmağın və razılaşmalar əldə etməyin əhəmiyyətinə təkid edib. O, həmçinin sionist rejimin region ölkələr ilə, xüsusilə də İran təhlükəsi sahəsində ortaq maraqlarından danışıb.
570 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:19