Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2013

Liviyanın maliyyə naziri də qaçırıldı

Liviya baş nazirinin ardınca maliyyə naziri də qaçırıldı. Yaraqlılar qisas alır

Liviyada silahlı qruplaşma yaraqlıları maliyyə naziri Abdel Kərim əl-Kilyanini də qaçırıb. Bu barədə ərəb peyk telekanalları məlumat yayıb.

Deyerler.org-un “Gazeta”ya istinadən verdiyi xəbərə görə, maliyyə naziri qaldığı evin yaxınlığında oğurlanıb. Onun da hansı istiqamətdə aparıldığı məlum deyil.

Qeyd edək ki, bundan öncə Tripolidə yaraqlılar ölkənin baş nazir Əli Zeydanı qaçırıblar. Onun yeri məlum deyil.

Artıq nazirlərin qaçırılmasına görə məsuliyyəti “Liviya inqilabçılarının Komanda Məntəqəsi” adlı silahlı qruplaşma öz üzərinə götürüb. Onlar Liviya hökumətinin ABŞ xüsusi xidmət orqanlarına bu ölkədə əməliyyat həyata keçirməyə icazə verdiyinə görə ABŞ hökumətindən və Liviyadan qisas aldıqlarını bəyan ediblər.

Sözügedən silahlı qruplaşmanın ölkənin Daxili İşlər Nazirliyi ilə əlaqədə olduğu bildirilir. Eyni zamanda onların Müdafiə Nazirliyinə də tabe olduğu bildirilir.
1813 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:07