Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2013

Səudiyyə Ərəbistanında qorxunc virus 56 can aldı

Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyi kəskin tənəffüs yolu sindromu (SARS) xəstəliyinin törəməsi olduğu bilinən Corona virusu səbəbiylə həyatını itirənlərin sayının 56 nəfərə çatdını bildirir. (DunyaBulteni)
Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyinin internet saytında yer alan məlumata görə, Corona virusuna tutulanların sayının 136-ya, həyatını itirənlərin sayının isə 56-ya yüksəldiyi bildirilir. Virusdan ölənlərin əksəriyyətinin yaşı 40-dan yuxarıdı. Corona virusu ilk dəfə 2012-ci ilin sentyabr ayında qeydə alınıb . Səudiyyə Ərəbistanı başda olmaqla bir çox Yaxın Şərq ölkələrində rast gəlinən Corona virusu, ağciyərləri və böyrəkləri sıradan çıxarır. İmmunitet sistemini çökdürən virusun yaxın təmasdan keçdiyi müəyyənləşıb. Corona virusuna qarşı hələ də qoruyucu peyvənd və ya antibiotik dərman müalicəsi yoxdur./Deyerler.org/
1574 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:12