Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2016

İran kinosunun Əbuzəri

O, kinoda azğınlıqla vuruşurdu!

Zəncan şəhərində mərhum kinorejissor Fərəcullah Şələhşura anım mərasimi keçirilib. Mərasimdə tanınmış incəsənət xadimləri ilə yanaşı siyasi və dini simalar da iştirak edib.

Tanınmış rejissor, yazıçı və ssenarist Camal Şurce mərasimdə çıxışında deyib:

Kinoda tutduğu yolda ona qarşı ən çirkin böhtan və təhqirlər ünvanlandı...
Onun gözəl əxlaqı vardı, o kinomuzun Əbuzəri idi və kinoda azğınlıqla mübarizə aparırdı...
İncəsənətin əsas vəzifələrindən biri insanları doğru yola sövq etmək, azğınlıqdan çəkindirməkdir. Sələhşurun işlərində bu missiyaya şahid oluruq...
Sələhşur kinonu dinə görə istəyirdi, doğru yola dəvət əsas xasiyyətlərindən idi...
Sələhşur deyirdi ki, din təbliğ etməyən sənət sənət deyil, kinonun bir vəzifəsi dini ən gözəl şəkildə nümayiş etdirməkdir...
Cənab Rəhbər Ayətullah Xamenei buyurur ki, sənət dinin təbliği üçün bir vasitədir. Sələhşur Rəhbərin sözünə itaət edib bu yolu gedirdi...

Vilayet.info
647 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP