Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2016

Qulaq çöpləri bu fəsadları yaradır

Çoxumuz üçün qulaq təmizləyən pambıq çöpləri məişət həyatımızın adi bir halına çevrilib.

İnsanlar şəxsi gigiyenalarının qayğısına qalmaq üçün sözügedən pambıq çöplərdən tez-tez istifadə edir. Lakin çoxlarına məlum deyil ki, bu çöplər sağlamlığımız üçün o qədər də faydalı deyil. Həkimlərin rəyinə görə, pambıq çöplərdən mütamadi istifadə sağlamlığa ziyan vura, hətta orta qulaq xəstəliyinə – otitə səbəb ola bilər.

Onların sözlərinə görə, qulaq çirki eşitmə orqanlarının düzgün işi üçün vacibdir. Məsələn, o, qulaq boşluğunu nəmləndirərək qulağın daxili hissəsinin dərisini qorumağa kömək edir. Bundan başqa, o qulağı tozdan, qurumuş dəri hissəciklərindən müdafiə edir.

Nyu Lanqon Klinikalar Assosasiyasının həkimi Uilyam Şapironun sözlərinə görə, pambıq çöplərdən birmənalı olaraq uzaq durmaq lazımdır:

“Qulaq çöplərindən istifadə edərkən biz bilmədən kiri qulağımızın daxilinə ötürürük. Çirkin bir hissəsi pambığın ucunda xaric olunsa da, daha böyük bir hissə çöpün köməyi ilə qulağımızın daxilinə itələnir. Bir müddət sonra bu eşitmə problemləri ortaya çıxarır. Sözügedən çöplər qulaqda otit və göbələk kimi xəstəliklərin yaranması üçün şərait yaradır. Bununla yanaşı, qulaq çöpləri qulağınızda olan kiçik tük, dəri quruntuları, toz kimi zərərli maddələri qulağınızın daxilinə itələyir. Tövsiyə edirəm ki, bu çöplərdən qətiyyən istifadə etməyəsiniz”./axar/
503 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP