Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2016

Facebook-da yenilik

"Facebook" səlahiyyətliləri görmə qabiliyyətini itirənlərin də sosial şəbəkələrdə fotoları qavraya bilmələri üçün "Automatic Alternative Text" (ATT) adı verilən proqram yaradıb.

Proqram sayəsində bundan sonra görmə qabiliyyətini itirənlər də "Facebook"da paylaşılan bütün fotolardan xəbərdar olacaqlar.

Belə ki, süni intellekt texnologiyasının tətbiq edildiyi proqram sayəsində fotolar kəlmələrə çevriləcək və görmə qabiliyyətini itirənlər ağıllı telefonlarından həmin kəlmələri eşidəcəklər. Proqram sadəcə 100 kəlmədən ibarət mətn hazırlaya bilir. Məsələn, 3 dostun əks olunduğu foto belə açıqlanacaq "Fotoda 3 nəfər var. Gülürlər. Çöldədirlər".

Xatırladaq ki, hazırda dünyada 300 milyondan çox görmə qabiliyyətini itirən insan var.
813 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.08.17, 08:36
Ən böyük loğman - ARI