Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2016

Lənkəran şəhid övladını qəbul etdi

Qoşunların təmas xəttində, cəhbənin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısı alınarkən şəhid olan Azərbaycan ordusunun əsgəri, 19 yaşlı Zaman Fərrux oğlu İslamovun cənazəsi bu gün doğulduğu Lənkəran rayonunun Cil kəndində dəfn edilib.

Şəhid əsgərlə vida mərasimi kənd məscidində keçirilib. Mərasimdə rayon rəsmiləri, şəhidin yaxınları, müdafiə nazirliyinin əsgər və zabit heyəti, rayon ictimaiyyəti iştirak edib. Atasını vaxtsız itirən Zaman əsgəri xidmətə 6 ay əvvəl başlayıb.

Şəhidin dəfnində böyük izdiham yaşanıb. Bütün Lənkəran vətən uğrunda qəhrəmanlıqla həlak olan əsgərə son borcunu verməyə gəlib.

Şəhid kənd qəbristanlığında uğrunda qurban getdiyi torpağa tapşırılıb. Azərbaycanın Dövlət bayrağı əmanət kimi şəhidin dayısına təqdim edilib./ans/

Şəhid Zaman İslamovun vida mərasimi

Şəhid Zaman İslamovun dəfn mərasimi

515 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:45