Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2013

Ərbəinə gedənlərin sayı 1 milyon 300 mini keçib

Ərbəin ərəfəsində Kərbəlaya ziyarətə gedənlərin sayı 1 milyon 300 mini keçib - İraq DİN

Ərbəin günü (İmam Hüseynin (ə) qırxı) münasibətilə Kərbəlaya gedən zəvvarların sayı çoxalıb.

Bu barədə İraqın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Ölkənin müxtəlif sərhəd-keçid məntəqələrindən Kərbəlaya ziyarətə gedən zəvvarların sayının 1 milyon 300 mini keçdiyini deyən Nazirlik təmsilçisi Səəd Məin bu rəqəmin artacağını istisna etməyib.

Şəhərdə zəvvarların təhlükəsizliyi istiqamətində işlər möhkəmləndirilib.

Qeyd edək ki, hər il olduğu kimi, bu il də İmam Hüseynin (ə) şəhid edilməsinin 40-cı günü ərəfəsində Kərbəlaya gedən zəvvarların sayı kəskin artır. Ziyarətçilərə qarşı intensiv şəkildə həyata keçirilən terror aktlarına baxmayaraq, onların ardı-arası kəsilmir.

Tehranın Təhlükəsizlik Xidməti rəsmilərinin məlumatına əsasən, təkcə İrandan Kərbəlaya 400 mindən artıq zəvvar yola düşüb./salamnews/
1606 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16