Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2016

İntiharlar hökuməti niyə hərəkətə gətirmir?

Bir ildə 535 vətəndaşı ölümə sürükləyən hansı səbəbdir?

Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi Azərbyacan həm də “intiharlar ölkəsi” kimi tanınır. Xüsusən də son illər ərzində intiharların sayı sürətlə artıb və bu neqativ tendensiya bütün yaş qruplarını əhatə edir.

“Ötən illərlə müqayisədə keçən il Azərbaycanda intihar halları artıb. Belə ki, 2013-cü ildə bu göstərici 415 idisə, 2015-ci ildə bu rəqəm 535 nəfər olub. Təbii ki, statistikadan kənar qalan faktlar da olur. Bura cinayət faktorları aiddir”.


Bunu Səhiyyə Nazirliyinin Respublika Psixi Sağlamlıq Mərkəzinin Təcili Psixoloji yardım şöbəsinin müdiri Kəmalə Talıbova mərkəzdə keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Uşaqlar arasında intihar hallarının statistik göstəricilərinə toxunan şöbə müdiri əlavə edib ki, 2013-cü ildə bu rəqəm 18 idisə, keçən il bu say 29 olub. K.Turabova onu da qeyd edib ki, intihara cəhd halları qadınlar arasında üstünlük təşkil etsə də, kişilər arasında tamamlanmış intihar halları iki dəfə daha çox olub.

Gələcəkdə mərkəzin nəzdində Suisidioloji mərkəzin yaradılmasının nəzərdə tutulduğunu əlavə edən şöbə müdiri deyib ki, burada intihara cəhd halları və səbəbləri araşdırılacaq. Şöbə müdiri onu da qeyd edib ki, intihar hallarına bütün yaş qruplarında rast gəlinsə də, əsas yaş həddi 18-35-dir.

Son dövrlərin intihar hallarına nəzər salanda məlum olur ki, əsas səbəb sosial vəziyyətin ağırlaşmasıdır. Xüsusən də intihar edənlər arasında kredit borcu olanlar üstünlük təşkil edir. Dəfələrlə yazılsa da, hökumətə çağırışlar edilsə də heç bir adekvat addım yoxdur. Bank faizlərinin azaldılması, iş yerini itirmiş adamlara güzəşt edilməsi baş vermədi. Qarabağ qazisi də, 3 uşaq anası da, tələbə də yoxsulluq səbəbindən intihara əl atır. Bu şərtlər daxilində yaşamaq mümkünsüzləşdiyi üçün hamı eyni dirənişi göstərə bilmir.

Hansıki, dövlətin belə problemləri həll etmək üçün kifayət qədər imkanı var və bu problemlərin həlli üçün milyardlar tələb edilmir. Yəni, heç kimə lazım olmayan, mənasız layihələr xərclənən vəsait vətəndaşın həyat şəraitinin yaxşılaşdırılmasına sərf oluna bilər və bu vacibdir.

Demək istəyirk ki, intihar səbəblərinin araşdırmaq üçün xüsusi araşdırmaya da ehtiyac yoxdur. Ən azından intihar edənlərin əksəriyyətinin hansı problemlərə görə bunu etdiyi və bu problemlərin necə yarandığı məlumdur. Bəli, əsas səbəb hökumətin biganəliyi, məsuliyyətsizliyidir. Işsizliyin hökm sürdüyü, qiymətlərin baha olduğu, təhsil haqlarının kəllə çarxa çıxdığı, əmək haqqının zəruri ehtiyacları ödəmədiyi, dövlətin sərvətlərinin bir qrup şəxsə xidmət etdiyi ölkədə intiharlar zəruriləşir.

Əgər hökumət bu tendensiyadan narahat olsa, bu problemin həllini prioritet seçsə intiharların qarşısını almaq olar. Normal hökumət bu rəqəmlərdən sonra həyəcan təbili çalmalıydı. Vətəndaşı yaşamaqdan bezdirən, ölümə sürükləyən səbəblər dərhal aradan qaldırılmalıydı./azadliq/
526 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:05