Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2016

Mövsüm Səmədov və İlqar Məmmədov azad edilə bilər

“Hüquq müdafiəçiləri növbəti əfv fərmanının 28 may respublika günündə deyil, 10 mayda imzalanacağını proqnozlaşdırırlar. Ancaq həbsdəki digər siyasi məhbusların azadlığa buraxılacağı ehtimalı çox böyükdür”.

Arzu Abdullayevanın sözlərinə görə, növbəti əfvlə islamçı məhbusların da azadlığa buraxılacağı gözlənilir: “Demək olmaz ki bütün siyasi məhbuslar əfv olunacaqlar. Lakin xüsusilə vicdan məhbusu kimi tanınan şəxslərin ilk olaraq həbsdən buraxılma ehtimalı çox böyükdür. Azərbaycan hakimiyyətində belə bir xüsusiyyət formalaşıb. Bir çox siyasi məhbuslar azadlığa buraxılsa da, digərləri həbsdə saxlanılır. Bu addım həmin məhbusların hökumətdən əfv istəməsi məqsədi ilə atılır”.
Hüquq müdafiəçisi qeyd edib ki, siyasi məhbus İlqar Məmmədov barəsində Avropa Məhkəməsinin qərarı var və o mütləq azadlığa buraxılmalıdır: “Mövsüm Səmədov və digər islamçı siyasi məhbusların da azadlığa çıxmasını istəyirik və bunun üçün çalışırıq. Çünki bu insanların günahları sübuta yetirilməyib. Ona görə də böyük ehtimallar var ki, bu insanlar da növbəti əfv fərmanı ilə azadlığa çıxsınlar”./islaminsesi/
512 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber