Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2016

Tapqaraqoyunlu atəş altında: sakinlərsə toy edir

Azərbaycan və Ermənistan baş qərargah rəislərinin aprelin 5-də atəşkəs barədə razılığa gəlmələrinə baxmayaraq, erməni silahlıları aprelin 5-i günün ikinci yarısında və 6-sı gün ərzində Goranboy rayonunun Tapqaraqoyunlu kəndini və həmin ərazidəki üzbəüz mövqelərimizi atəşə tutublar.

Region TV xəbər verir ki, atəş nəticəsində yaşayış məntəqəsində sakinlərə məxsus evlər və digər tikililər dağılıb, heyvanlar tələf olub. Ermənilərin bu kəndi intensiv olaraq atəşə tutmasına baxmayaraq, sakinlər evlərini tərk etməyiblər.

“Dünən burda oturmuşduq. Bax, burada. Gəldi birdən-birə mərmi düşdü, buranı dağıtdı. Amma bundan bir şey olmaz. Bu evdir, dağılar, tikilər”, - deyə Tapqaraqoyunlu kəndinin sakinlərindən biri vurğulayıb.

Hazırda isə Tapqaraqoyunlular aprelin 3-nə planlaşdırılan, lakin ermənilərin təxribatı ilə əlaqədar təxirə salınan toy mərasiminə hazırlaşırlar. Bunun üçün bütün tədarük işləri də görülüb. Tapqaraqoyunlu kəndinin sakinləri onu da deyirlər ki, Azərbaycan ordusunun son günlər cəbhə bölgəsində keçirdiyi əməliyyatdan ruhlanırlar. Onlar torpaqlarımızın bütövlüyü uğrunda döyüşə atılmağa hazır olduqlarını deyiblər.
614 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı