Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2016

Banka borcu olan sahibkar özünü asdı

Qəbələdə intihar hadisəsi baş verib. Rayonun Tola kənd sakini özünü asıb. Hüquq-mühafizə orqanlarından ans-ə verilən məlumata görə, kənd sakini, 1972-ci il təvəllüdlü Elçin Abdullayev özünü evinin yaxınlığındakı meşə zolağında asaraq intihar edib. Mərhumun asılmış meyitini ailə üzvləri aşkar ediblər.

Kənd sakinlərinin verdiyi məlumata görə, Elçin Abdullayevin oğlu aprel ayının 1-də hərbi xidmətdən qayıdıb.

Onun kənd ərazisində mağaza işlətdiyi, ancaq banklara kredit borcu olduğu bildirilir.


Ölkə ərazisində sonuncu özünü asma hadisəsi bir neçə gün əvvəl Şəkidə qeydə alınıb. Ədliyyə Nazirliyi Penitensiar xidmətin Şəki Penitensiar Müəssisəsində saxlanılan Zaqatala rayon sakini, 1959-cu il təvəllüdlü Məryəm Əyyub qızı Murtuzova martın 25-də örpəklə özünü asaraq intihar edib.
716 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi