Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2016

İranda sabitliyə görə İslam quruluşuna borcluyuq!

Tomas Mirem Urmiyədə Finladiyadan gəlmiş səhiyyə qrupu ilə görüşdə

İran İslam Respublikası Şərqi və Qərbi Azərbaycan katoliklərinin baş keşişi Tomas Mirem Urmiyədə Finladiyadan gəlmiş səhiyyə qrupu ilə görüşdə İslam Respublikası quruluşunun imtiyazlarından söz açıb. (tasnimnews)

Tomas Mirem Avropadan gəlmiş qrupla söhbətdə deyib: İrandakı misilsiz sabitlik və iqtidar İslam Respublikası quruluşu sayəsində yaranıb. Bu gün regionun əksər ölkələrində yetərli sabitlik yoxdur. İranda isə bütün əyalətlərdə, sərhədlərdə təhlükəsizlik hökm sürür. Bu sabitlik və təhlükəsizlikdən bütün din ardıcılları bəhrələnir. Buna görə Allaha şükür etmək lazımdır...
Baş keşiş İrana qarşı qərəzli münasibətlərə toxunar deyib: Qərb mətbuatının hər şeyi tərsinə göstərmək cəhdləri səmərəsizdir. Bəzi ölkələrin informasiya şəbəkələrinin İran haqqında dedikləri həqiqətdən uzadır. Ölkəmizin xalqı sülhsevər, mehriban, çalışqan, qonaqpərvərdir...
Tomas Mirem Cənab Rəhbər Ayətullah Xameneini bir nemət sayaraq vurğulayıb: Elə bir ölkədə yaşayırıq ki, Böyük İnqilab Rəhbərinin aqilanə tədbirləri sayəsində dini azlıqlar tam asayişdə yaşayır. İran dini azlıqlar üçün əmin-aman və dinc bir ölkədir...

Vilayet.info
502 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:17