Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2016

12 yaşlı qızı yerə çırpan polis işdən qovuldu

Amerikanın Teksas ştatında 12 yaşlı məktəblini üzüüstə yerə çırpan polis işdən çıxarılıb.

Lenta.ru saytının xəbərinə görə, Coşua Kim adlı polis işçisi öz həmyaşıdı ilə dava edən məktəblini xüsusi fəndlə yerə yıxıb və bu zaman onun üzüüstə düşməsini nəzərə almayıb. Hadisəni kənardakı məktəblilərdən biri çəkərək, videonu Youtube kanalında yerləşdirib. İki sutka boyunca videonu 182 min dəfə izləyiblər. Hadisənin baş verdiyi təhsil müəssisəsinin rəhbərliyi isə bildirib ki, polis əməkdaşı bununla iki sinif yoldaşının davasının qarşısını alıb.

Amma məktəb rəhbərliyi polislə bağlı yeni tədbirlərin görülməsini gözlədiklərini deyib.
533 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı