Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2016

Türkiyənin böyük yalanı

“Əsəd 3 ay dözə bilməz” dedilər. Amma mən “Devirə bilməzsiniz” dedim.
“Üç ay ərzində Əməvi məscidində namaz qılarıq” dedilər. Amma mən “heç vaxt” dedim.
2011-ci ilin may ayında Azad Suriya Ordusunu Türkiyənin Antakya bölgəsində ərsəyə gətirdilər. Amma mən “etməyin, bu çox çirkin oyundur” dedim.
Bundan sonra dünyanın müxtəlif ölkələrindən on minlərlə ruhi xəstəni Suriyaya gətizdirdilər. Amma mən “bu bəlalı işdir” dedim.
“Əsəd ələvidir” dedilər. Amma mən “Etməyin, bu çox təhlükəli sözdür. Türkiyədə də çox sayda ələvi var” dedim.
Suriyadan qaçan müxaliflərə İstanbulda təşkilat qurdular. Amma mən “Etməyin. Bunların əlindən heç bir iş gəlməz dedim”.
“Qaçqınların sayı yüz min olarsa, Suriyanın şimalında təhlükəsiz bölgə qurarıq” dedilər. Amma mən “edə bilməzsiniz” dedim.
Müxtəlif bəhanələrlə NATO-ya müraciət edib Suriyanın şimalında "uçuşa qadağan olunmuş bölgə” istədilər. Amma mən “Heç vaxt olmaz” dedim.
Suriyada döyüşən bütün terror təşkilatları ilə əlaqə qurub dəstək verdilər. Amma mən “bu iş çox təhlükəlidir. Vaxt gələr, bu təşkilatlar Türkiyənin başına bəla olar” dedim.
Çirkin planlarını reallaşdırmaq üçün bölgədəki bütün “islamçı” təşkilatlarla əməkdaşlıq etdilər, amma mən ''etdikləriniz Türkiyəyə yaraşmaz” dedim.
Bunlara baxmayaraq, bölgənin primitiv, fanatik və mürtəce kral, əmr və şeyxləri ilə qaranlıq əlaqələr qurub bölgəni qan gölünə çevirdilər. Amma mən “bunlar gün gələcək sizi aldadacaqlar” dedim.
PYD-nin lideri Saleh Müslimi Əsədə qarşı qiyam qaldırmaq üçün bir neçə dəfə Türkiyə qonaq çağırdılar. Amma mən “narahat olmayın, qiyam etməyəcəklər” dedim.
ABŞ və Avropa İttifaqı ölkələrinə gedib “Gəlin Suriyanı işğal edək”, -deyə yalvardılar. Amma mən “bu qədər cahil olmayın, Rusiya icazə verməz” dedim.
Hələ ilk günlərdə “Gec-tez Putin Əsədi satacaq” dedilər. Amma mən “Yuxu görürsünüz. Putin dünya müharibəsini gözə alar, amma Suriyadan imtina etməz“ dedim.
Bir ara "İran dözə bilməz, Əsəddən imtina edər” dedilər amma mən “dünyadan xəbəriniz yoxdur” dedim.
“Sünni Suriya xalqının şiə Əsədə qarşı qiyam qaldıracağı” həvəsinə düşdülər. Amma mən “siz Suriya xalqını tanımırsınız” dedim.
Suriya xalqı qiyam etmədikdən sonra xarici ruhi xəstələrə ümid etdilər. Onlar da işə yaramadığı zaman “Mülayim müxalifləri təlim keçək” dedilər. Amma mən "Mülayim müxalifət yoxdur. Hamısı qatildir. Həm də əllərindən heçnə gəlməz” dedim.
Baxdılar ki, olmur “Cerablus-Azez arasında təhlükəsiz bölgə yaradaq” dedilər və bunun üçün ABŞ-a yalvardılar. Amma mən “özünüzü yormayın. Bu, mümkün olmayacaq.” dedim.
Sonda gedib Rusiya təyyarəsini vurdular. Amma mən “başınıza iş açdınız. Artıq Suriya və bölgədə işiniz bitdi “ dedim.
Gördülər ki, alınmır “Bayırbucaqda qətliam var, yüz minlərlə türkmən qaçqın gələcək” dedilər. Amma mən “Dedikləriniz tamamilə yalandır” dedim və Suriyadakı türkmən həqiqətini izah etdim.
Suriyalı qaçqınlardan alış-veriş kartı olaraq istifadə etdilər və zavallı insanların Egeydə ölümünə göz yumdular. Amma mən "Bu vicdansızlıqdır. Qərbdə və bütün dünyada rüsvay olacaqsınız” dedim.
Baxdılar bu da olmadı. Bu dəfə “Səudiyyə ilə birlikdə Suriyaya girərik” dedilər və günlərlə bunun təbliğatını apardılar. Hətta bir ara “Rusiya və İran Məkkəni dağıdacaq” deyib sünnilərin qiyam qaldırmasına cəhd etdilər. Amma mən "Bu mənim həyatımda eşitdiyim ən axmaq ifadədir. Əsla Suriyaya girə bilməyəcəksiniz “ dedim.
Mövzu bağlandı, amma 'PYD Azezə yaxınlaşır” bəhanəsi ilə top atışlarına başladılar. Amma mən "bu göz boyamaq üçün atılan addımdır. ABŞ dərhal müdaxilə edər” dedim.
“PYD terror təşkilatıdır” dedilər və eyni ifadəni təsdiqləməyən ABŞ-a çox əsəbləşdilər. Amma mən "özünüzü yormayın, ABŞ sizə qulaq asmayacaq və PYD-ni seçəcək. Göz yummursunuzsa, İncirlik bazasını bağlayın” dedim.
Beş il müddətində “Əsəd ya gedəcək, ya gedəcək” dedilər və getməsi üçün bütün regional və beynəlxalq əlaqələrdən istifadə etdilər. Amma mən 'Özünüzü yormayın. Heç bir güc Əsədi devirə bilməz və gün gələcək bütün dünya Əsədlə əlaqə quracaq” dedim.
Beş il əvvəl 'Əsədi Əsəd adlandırdılar”. Amma mən “Əsəd Əsəd olaraq qalacaq və Suriya xalqı qalib gələcək” dedim.
Beş il əvvəl “Müsəlman Qardaşlar hər tərəfdə iqtidarda olacaq və Osmanlı xilafət və sultanlığı yenidən qurulacaq” dedilər. Amma mən “Güldürməyin məni. Bu bahar qanlıdır” dedim.
Nəticə?

Hüsni Mahalli/eastnews
1137 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:52