Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2016

Bakı sakini bacısını qətlə yetirib, yeznəsini isə yaralayıb

Sabunçu rayonunda qanlı hadisə baş verib. Qardaş bacısını qətlə yetirib, onun həyat yoldaşını isə bıçaqlayıb. Hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb. İzzət Cavadovanın yaşadığı evə gələn qardaşı əvvəlcə onu bıçaqlayıb, daha sonra isə onun həyat yoldaşı 32 yaşlı Vüsal Seyidrəhim oğlu Cavadova xəsarətlər yetirib.

İzzət Cavadova aldığı xəsarətlərdə elə hadisə yerində dünyasını dəyişib. Vüsal Cavadov isə, qohumları tərəfindən xəstəxanaya gətirilib. Həkimlər onun sinə nahiyəsindən bıçaqlandığı bildiriblər. Hadisə törətməkdə şübhəli bilinən şəxsi 14-cü polis bölməsinin əməkdaşları “isti izlər”lə müəyyən edərək yaxalayıblar. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir./apa/
552 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...