Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2016

Türkiyə və Ərəbistanın Krımda Rusiya əleyhinə birgə hərbi əməliyyat layihəsi

Türkiyənin Strateji Araşdırmalar Mərkəzinin (SETA) eksperti Ufuk Ulutaş fevralın ortalarında bu mərkəzdə keçirilən iclasda məntəqədə baş verən hadisələr barədə danışaraq deyib: “Bizim əməli siyasətlərimiz Rusiyaya qarşı hücum xarakteri daşımalıdır”.
SETA-nın eksperti çıxışının davamında deyib: “Davudoğlunun Ukrayna səfəri və onun Nikolayev vilayətində üç tatar hərbi dəstəsinin Krımda lazımı hərbi təlimlər görməsi üçün Krım tatarlarının rəhbəri ilə nəzərdə tutulan görüşləri Davudoğlunun məntəqənin durumunu çox düzgün dəyərləndirdiyini göstərir”.
Ulutaş deyib: “Bizim bəzi siyasətçilərimiz qorxaqdırlar və əməli baxışları yoxdur. Amma bəziləri də qarşıya çıxan mövzuları daha dəqiq xarakterizə edirlər. Çünki bu gün Kiyev, Doha və Riyaz bizim ciddi müttəfiqlərimizdir və mənim bu haqda məlumatım vardır”.
Ekspert əlavə edib: “Ötən il 29 dekabrda Türkiyə və Ərəbistan kəşfiyyat idarələrinin birgə iclasında qərar çıxrıldı ki, Riyaz tatarların Krımda əməliyyatlar həyata keçirməsi üçün onları logistik xərclər, təlim və partladıcı maddələrlə təmin etsin. Krım tatarları bizim hərəkət və dəstəyimizi gözləyirlər. Türkiyə xarici işlər nazirinin ötən il rəsmi Kiyevin Krım üzrə səlahiyyətli nümayəndəsi və Krım Tatarları Xalq Məclisinin sədri Mustafa Cəmilovla görüşündə Davudoğlunun Kiyevə səfəri və ali səviyyədə növbəti görüş barədə razılıq əldə edilib”.


550 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber