Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2016

Azəybaycanda ailə intihar edəcəklərini elan etdi - FOTO

Göyçay rayonu Cəyirli kəndində yaşayan Feyzullayevlər ailəsi tərəfindən RegionXəbərləri-ə şikayət məktubu daxil olub. Şikayətçilər 10 aprel 2016-cı il tarixdə Göyçay rayon məhkəməsinin qətnaməsinin açıqlanmasından sonra 16 saylı Dövlət Reyestr Xidmətinin binası qarşısında intihar edəcəklərini bildirirlər. Feyzullayevlər ailəsinin şikayət məktubunu olduğu kimi dərc edirik;

"Nəhayət ki, biz deyən kimidə oldu .Bir müddət əvvəl mətbuatda çıxış edib bildirmişdik ki, halal torpağımızı əlimizdən almaq üçün imkanlı şəxs Göyçay rayon məhkəməsində iddia qaldırıb və 16 saylı Dövlət Reyestr xidmətinin rəisi Ədalət Cabbarova və mühəndis Şahəddin Tacəddinova küllü miqdarda rüşvət verib.Belə də oldu 16 saylı Dövlət Reyestr xidməti məhkəmənin sorğusuna əsasən saxta rəy verib ki. guya biz imkanlı iddiaçının torpaq sahəsinin bir hissəsini zəbt etmişik.Artıq rəy verilib və məhkəmə 10 aprel 2016-cı il tarixdə saxta rəyə əsasən saxta qətnamə çıxaracaq.Buna görə də bizim ailə qərara almışıq ki, həmin günü məhkəmənin saxta qərarından sonra 16 saylı Dövlət Reyestr Xidmətinin binası qarşısında intihar edək.Azərbaycanda qanunlar işləmir pul rüşvət işləyir ki. mərhum prezident Heydər Əliyevin imzası ilə bizim ailəyə verilmiş pay əkin torpağımızı saxtakar vəzifəli şəxslər aldıqları rüşvətə görə başqasına verirlər.Bu idarənin saxtakar korrupsiyaya qurşanmış işçilərinin saxtakarlığına görə çoxlu sayda vətəndaşlar öz halal torpaqlarını itiriblər, əllərindən alınıb.Buna deyirlər ki. qanunu don geyindirilmiş quldurluq cinayəti. Qaradan artıq rəng yoxdur.Artıq intihar edəcəyimizi qərarlaşdırmışıq.Bunun isə məsuliyyəti bir başa Ədalət Cabbarovun , mühəndis Şahəddin Tacəddinovun və digərlərinin üzərinə düşəcək.



Qeyd edək ki, Göyçay rayonunun Cəyirli kəndində 11 nəfərlik ailəmizə 1998- ci il tarixdə pay torpaq sahəsi verilib.Həmin torpaq sahəsi başqa şəxs tərəfindən zəbt edildiyi üçün uzun müddət çəkən məhkəmə mübahisələrindən sonra qanunu qydada 0,68 ha torpaq sahəmizin ölçüləri ekspert mütəxəsisləri tərəfindən müəyyən edilib mərz nişanları qoyuldu.Bütün bunlar Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə məhkəmə icraçıları və Əmlak Komitəsinin əməkdaşları tərfindən həyata keçirildi və buna dair akt tərtib edildi.( bütün bu prosesləri video lentə almışıq) Bundan sonra halal torpağımızda əkin- biçin aparmaq üçün orada təmizlik işləri aparmağa başladıq.

Torpağımızı əvvəl zəbt etmiş Fərhad Səfərəliyev buna dözə bilməyib məhkəmədə yenidən iddia qaldırdı. Hakim Fərhad Əfəndiyev isə tam qanunsuz olaraq iddianı icraata götürüb yenidən ekspertiza keçirilməsinə dair qərardad çıxardı.Hansı ki, bu iş üzrə məhkəmənin qanunu qüvvəyə minmiş və icra olunmuş qətnaməsi var.Həmçinin bu rayon məhkəməsində yox İnzibati-İqtisadi Məhkəmədə baxılmalı olan bir iddiadır. Ancaq Göyçay rayon Məhkəməsinin rüşvətxor hakimi Fərhad Əfəndiyev tam qanunsuz olaraq öz tamahına görə bu iddianı icraata götürmüşdür.İddiaya əsasən guya bizim ailəyə məxsus torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşür, zəbt etmişik.İdddiaçı 16 saylı Dövlət Reyestr xidmətinin rəisi Ədalət Cabbarova və mühəndis Şahəddin Tacəddinova küllü miqdarda rüşvət verib istədiyinə nail olub.

Bəlkə də indiyə qədər belə açıq aşkar özbaşınalıq, qanunsuzluq olmamışdır ki, bunu 16 saylı Dövlət Reyestr xidmətinin rəisi Ədalət Cabbarov və mühəndis Şahəddin Tacəddinov etmişdilər. 16 saylı Dövlət Reyestr xidmətinin rəisi Ədalət Cabbarovun, mühəndis Şahəddin Tacəddinovun və Göyçay rayon Məhkəməsinin sədri Fərhad Əfəndiyevin qanunu qaydada cəzalandırılmasına və haqq- halal torpaqlarımızın özümüzə qaytarılmasına köməklik edəsiniz”

1) Feyzullayev Zülfü Abdurəhman oğlu, 2) Feyzullayeva Cəmilə İsmayıl qızı, 3) Feyzullayev Rahim Zülfü oğlu, 4) Feyzullayev Elvin Zülfü oğlu

Azəybaycanda ailə intihar edəcəklərini elan etdi-FOTO
571 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:32