Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2016

Qarabağdan şəhid gəlir, hakimiyyətsə «Gül bayramı»na hazırlaşır

Bakıda növbəti “Gül bayramı”na hazırlıq işləri başlayıb. Hər il mayın 10-da keçirilən bayram tədbirinə hazırlıq məqsədilə Mərkəzi Bankın qarşısında yerləşən parka giriş bağlanıb. Parkda güllərdən müxtəlif kompozisiyaların hazırlanması üçün lazım olan konstruksiyalar quraşdırılır.

Parkda yerləşən heykəlin ətrafına xüsusi qurğular quraşdırılıb və heykəl də güllərlə bəzədiləcək.

10 günə yaxındır ki, davam edən hazırlıq işləri mayın 9-na qədər yekunlaşacaq.

Hakimiyyətin Qarabağla bağlı gərginliyin yarandığı, evlərə şəhid cənazələri gəldiyi bir vaxtda “Gül bayramı”na hazırlaşması sosial şəbəkələrdə haqlı narazılığa səbəb olub. Artıq bu bayramı boykot etmək üçün çağırışlar edilir. Sosial şəbəkə istifadəçiləri bunu şəhidlərin ruhuna hörmətsizlik kimi qiymətləndiriblər.

Qeyd edək ki, ermənilər atəşkəsi aprelin 1-də pozub və nəticədə qızğın döyüşlər başlanıb, bu döyüşlərdə neçə-neçə igid oğullarımız şəhid olub. Onların 40 mərasimi də “Gül bayramı”na təsadüf edir. Sosial şəbəkə istifadəçilərini də hiddətləndirən budur. Xatırladaq ki, Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terrordan sonra da hakimiyyət etirazlara baxmayaraq “Gül bayramı”nı keçirdi./virtualaz/
573 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber