Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2013

ABŞ kəşfiyyat sənədlərini açdı

ABŞ milli kəşfiyyat qurumunun başçısı Ceyms Klepper bir çox əlavə kəşfiyyat sənədlərinin açıqlanmasına göstəriş verib.

Virtualaz.org saytı “Associated Press” agentliyinə istinadən xəbər verir ki, açıqlanması məqbul sayılan kəşfiyyat sənədlərində “əl-Qaidə” terrorçularının izinə düşə bilmək üçün ABŞ Milli Təhlükəsizlik Agentliyinə telefon danışıqlarını və internet məlumatlarını toplamağa nə vaxt icazə verilməsindən bəhs olunur.

C.Klepperin bəyanatında bildirilir ki, telefon danışıqlarını və internetdəki yazışmaları izləməklə bu məlumatları toplamağa ilk dəfə prezident Corc Buş (kiçik Buş) tərəfindən, özü də 11 sentyabr terror aktlarından sonra terrorçuları izləmək üçün qəbul olunan ayrıca dövlət proqramı çərçivəsində icazə verilib. Kəşfiyyat rəhbərinin sözlərinə görə, C.Buşun bu göstərişi sonradan xarici dövlətlərin kəşfiyyat qurumlarının fəaliyyətini müşahidə edib izləməyə icazə verən qanunla əvəz olunub.
1506 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:55