Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2016

Meyitləri dünən götürülmüş şəhidlərdən ikisinin adları açıqlanıb

Aprelin 8-də ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə döyüş meydanında qalmış Azərbaycan və Ermənistan hərbi qulluqçularının meyitləri götürülüb. Mingəçevirdən olan deputat Aydın Mirzəzadə onlardan ikisinin adını açıqlayıb.

Onlar gizir Teymur Qasımov və müddətdən artıq qulluq edən hərbi qulluqçu Adil Adilzadədir.

Hər iki hərbi qulluqçular aprelin 2-də gedən döyüşlərdə həlak olub. "Ermənistan-Azərbaycan cəhhə xəttində Teymur Qasımovun cəsədi Azərbaycan tərəfə təhvil verilib, Adil Adilzadənin məsələsi isə hazırda həll edilir", - deputat bildirib.

T.Qasımov bu gün Mingəçevirdəki Şəhidlər Xiyabanında dəfn ediləcək./Report/
569 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42