Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2016

Kəşfiyyatçı gizir Bəxtiyar Hüseynov dəfn edilib

Goranboy rayonunun Qızılhacılı qəsəbə sakini, 1995-ci il təvəllüdlü kəşfiyyatçı gizir Bəxtiyar Rəfael oğlu Hüseynov son mənzilə yola salınıb.

SalamNews-un məlumatına görə, dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Goranboy rayon İcra Hakimiyyətinin, rayon hüquq mühafizə orqanlarının rəhbərliyi, kənd sakinləri ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyəti də iştirak edib.

Qeyd edək ki, B.Hüseynov Tərtər rayonunun Talış kəndi istiqmətində gedən döyüşlərdə qəhrəmancasına şəhib olub.
1693 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber