Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2016

“İctimai qınaq öz nəticəsini verdi” - Gül bayramı olmayacaq

“Bu dəqiqələrdə aldığım məlumata görə ‪‎Gül Bayramı‬ təxirə salınıb”.

Bu məlumatı tanınmış vəkil Aslan İsmayılov öz “facebook” səhifəsində yayıb.
Məlumatda daha sonra bildirilir ki, quraşdırılmış avadanlıqlar yığışdırılır: “Hakimiyyətə, son dövrlər atdığı bəlkə də ən ağıllı addıma görə, təşəkkür edirəm.
Bu addımın sosial şəbəkələrdə başlayan ictimai qınağın nəticəsi olmasına əsla şübhəm yoxdur. Bir daha ictimai qınaq öz nəticəsini verdi. Dəfələrlə yazdıqlarımı bir daha təkrarlayıram, biz tələb etsək, istəyimizdə israrlı olsaq birlikdə çox əyriləri düzəldə bilərik”.
Azərbaycan büdcəsinə hər ilmilyonlarla dollar ziyan vuran Gül Bayramının təxirə salınmasına Hacıbala Abutalıbovun reaksiyasını bilmək də maraqlı olardı…
925 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06