Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2016

Şəhid Mahir Mirzəyev son mənzilə yola salındı

Aprelin 9-da torpaqlarımızın müdafiəsi zamanı canını fəda etmiş qəhrəman şəhid 1994-cü il təvəllüdlü Mirzəyev Mahir Sabir oğlu ilə vida mərasimi keçirilib. Şəhid Mahir Mirzəyev böyük izdihamla son mənzilə yola salınıb. Şəhidimizi yola salma mərasimində “Qarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, vətən bölünməz!” və başqa şüarlar səsləndirilib. Sonra şəhidin cənazəsi Mehdiabad qəsəbəsində yerləşən qəbiristanlığa gətirilib, cənazə namazı qılındıqdan sonra şəhidimizin nəşi Azərbaycan Dövlət Himninin və yaylım atəşinin sədaları altında dəfn edilib. Şəhidin tabutu üzərində bükülən üçrəngli Azərbaycan bayrağı əbədi xatirə olaraq onun atasına təqdim edilib. Mərasimə rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri və gənclər qatılıb Allah bütün şəhidlərimizə rəhmət eləsin!
1679 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı