Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2013

Daha bir ana doğuş vaxtı öldü

36 yaşlı qadın Ağdam Rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı keçinib.

Ölən qadın əslən Ağdam rayon sakini olan, hazırda Bakıda yaşayan 1977-ci il təvəllüdlü Əsgərova Gülmirə Bəxtiyar qızıdır.

Məlumata görə, hamilə olan Əsgərova Gülmirə bir neçə gün əvvəl Bakıdan Ağdam rayonuna, anasıgilə gəlib. Bu gün axşam saatlarında onun vəziyyəti pisləşib. Saat 17-18 radələrində qadın kəskin qanaxma ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, qadını xilas etmək mümkün olmayıb. O, doğuş zamanı güclü qanaxmadan həyatını itirib./apa/
1905 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.12.17, 11:31
“WhatsApp”dan 4 yenilik
11.12.17, 17:30
Avroliqada püşk atıldı