Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2016

Tərtərdən meyiti gələn əsgərin ölüm səbəbini demirlər

Əsgər atası: «Biri deyir özünü öldürüb, biri deyir…»
«Bələdiyyədən dedilər ki, uşağı gətirirlər, hərbi hissədə özünə qəsd edib – guya özünü boğazından gülləylə vurub. Əsgər yoldaşları, bir də komandiri gəlmişdi. Açıb baxanda gördük ki, alnından snayperlə vurulub. Əsgər yoldaşlarını çağırdıq, dedik, gəlin baxın görün, özünə qəsd edib, yoxsa snayperlə vurulub? Onlar da baxdılar, dedilər, «biz demədik ki, özünə qəsd edib. Biz deyirik ki, hələ necə vurulduğu bilinmir».

Qusar sakini Namiq Osmanov AzadlıqRadiosuna danışarkən belə deyir. Onun sözlərinə görə, aprelin 8-də yerli bələdiyyədən ona xəbər veriblər ki, hərbi xidmətdə olan 25 yaşlı oğlu Yalçın Osmanov özünə qəsd edib. Əsgər yoldaşları onun nəşini rayona gətiriblər. Ailə üzvləri tabutu açanda, onun alnında snayper gülləsinin izini görüblər:

«ALNINDA SNAYPER İZİ VARDI»


«Oğlum ötən ilin aprelində orduya könüllü getmişdi. Özünü vurmağa səbəb yox idi. Bu, öz yerində… Yəni onsuz da «canına qəsd edib» deyiləndə inanmadıq. Yaxşı, bəs bu əsgəri kim vurub? Erməni vurubsa, niyə şəhid kimi gətirmədilər qapıya? Balası ölən ataya «hələ bilinmir nədən ölüb» cavabı vermək nə dərəcədə doğrudur?».

Atanın sözlərinə görə, gələn əsgərlər Yalçının gah hərbi hissədə qarovulda olarkən, gah da postda atışma zamanı vurulduğunu deyiblər. Son sözsə belə olub: Əsgərin hansı şəraitdə vurulduğu, hələlik, bilinmir:

«Deyirlər, hərbi hissənin içərisində qarovulda olub. Necə öldüyü bilinmir. Uşağın ölümü haqqında nə kağız, nə sənəd verdilər… Dedilər, ölümün səbəbləri araşdırılandan sonra sənəd veriləcək».

«DEDİ, YENƏ ZƏNG EDƏCƏYƏM»

Yalçın ailəsi ilə sonuncu dəfə aprelin 4-də telefon əlaqəsi saxlayıb. Tərtərdə olduğunu, döyüş getdiyini deyib. Söhbət qısa çəkib. Yalçın «yenə zəng edəcəyəm» deyərək telefonu qapadıb. Aprelin 8-də gündüz saat 5-də onun nəşini gətirən əsgərlər deyiblər ki, əsgər 7-dən 8-nə keçən gecə – indilik, bilinməyən şəraitdə vurulub.

Məsələyə, hələlik, Müdafiə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb
649 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi