Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2016

Daha bir şəhidimiz dəfn olundu

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində düşmən təxribatının qarşısını alan zaman Milli Ordumuzun şəhid olan əsgəri Şahin Cavadzadə Beyləqan rayonunda torpağa tapşırılıb.

Report xəbər verir ki, mərasimdə iştirak edən insanlar "Hər şey Vətən üçün", "Qarabağ bizimdir, bizim olacaq!" kimi şüarlar ilə şəhidi son mənzilə yola salıblar.

Dəfn mərasimində izdiham yaşanıb. Şahin Cavadzadənin hərbçi yoldaşları onun xatirəsi naminə havaya üç dəfə yaylım atəşi açıblar. Cənazənin büküldüyü üç rəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim olunub.
517 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber