Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2016

İsveçdə müsəlman məktəbi yandırıldı

İsveçin Malmö şəhərində naməlum şəxslər müsəlman məktəbini yandırıblar.

Yanğın dünən yerli vaxtla saat 23:00-da törədilib.

Məlumata görə, polis və ərazidə patrul xidməti aparanlar güclü partlayış səsi eşidiblər.

Polis şübhəlilərin avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşdıqlarını görüb. Onları saxlamağa cəhdlər olunsa da, həmin gecə heç kimi ələ keçirə bilməyiblər.

“Biz hələ də hadisə yerindən uzaqlaşan avtomobili axtarırıq”, - Malmö polisinin mətbuat xidmətinin əməkdaşı deyib.

Malmö qəza xidmətinin məlumatına görə, yanğın çox güclü olub.

“Orada nəsə böyük zərbə və ya partlayış oldu. Bundan başqa məndə məlumat yoxdur. Bu, müsəlman məktəbidir və biz binanın qalan hissəsini qorumağa çalışırıq amma bu elə də asan deyil”, - xilasetmə xidmətinin əməkdaşı Pol Byürexaq deyib.

Yerli vaxtla saat 08:00-a olan məlumata görə, yanğın hələ də söndürülməyib. Yanğın zamanı xəsarət alanlar barədə də heç bir məlumat verilməyib.

Hadisə bağlı cinayət işi açılıb, araşdırma aparılır. Şübhəlilər yanğın və qətl törətməkdə ittiham olunur./axar/
508 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...