Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2016

Bu gün İmam Əliyyən Nəqinin (ə) şəhadət günüdür

İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı barədə qısa məlumat

Şiələrin onuncu İmamı - İmam Əliyyən-Nəqi (əleyhissəlam) hicrətin iki yüz on ikinci ili zil-hiccə ayının on beşində Mədinə yaxınlığındakı Sərya adlı bir yerdə anadan olmuşdur. Atası İmam Cavad (əleyhissəlam), anası isə hörmətli Səmanə xanım olmuşdur. O, elə əvvəldən fəzilətli və təqvalı bir kəniz idi. Onuncu İmamın ən məşhur ləqəbləri Nəqi və Hadi olmuşdur. O Həzrətə “üçüncü Əbülhəsən” deyirlər.
İmam Hadi (əleyhissəlam) hicrətin iki yüz iyirminci ilində əziz atasının şəhadətindən sonra səkkiz yaşında ikən İmamət məqamına yetişmişdir. O Həzrətin İmamət müddəti otuz iki il, ümumi ömrü isə qırx bir il və bir neçə ay olmuş, hicrətin iki yüz əlli dördüncü ilində isə Samirra şəhərində şəhadətə qovuşmuş və öz evində də torpağa tapşırılmışdır.
882 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:57