Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2016

Saakaşvili baş nazirin istefası haqda - "Mübarizəmizin ilk nəticəsidir"

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Ukraynanın baş naziri Arseniy Yatsenyukun istefa ərizəsi prezident Petro Poroşenkoya veriləndə sonuncunun yanında olub.

Bu barədə M.Saakaşvili öz facebook səhifəsində yazıb.

"Yatsenyukun istefa ərizəsini Ukrayna prezidentinə gətirəndə mən onunla görüşdə idim. Bu bizim mübarizəmizin verdiyi ilk nəticədir", - deyə Saakaşvili qeyd edib.

Ukrayna mediası xatırladır ki, Saakaşvili ilə Yatsenyuk arasında qarşıdurma bir neçə aydır davam edirdi. Məsələn, 2015-ci ilin dekabr ayında Milli İslahatlar Şurasının iclasında Ukraynanın daxili işlər naziri Arsen Avakov sözlü mübahisədən sonra Saakavilinin üzünə su atıb.

Arseniy Yatsenyuk isə qubernatora Ukraynadan rədd olub getməsini təklif etmişdi.
555 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı