Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2016

Eldar Mahmudov niyə həbs olunmur?

Eldar Mahmudov niyə həbs olunmur?Sabiq nazirlə bağlı üç versiya gündəmə gətirilib, ən əsası isə əlində kifayət qədər ciddi kompromatların olmasıdır

Bir müddət əvvəl ləğv edilmiş MTN-in sabiq şefi Eldar Mahmudovun komandasının əksər üzvləri həbs olunsa da, bir dəstəbaşı olaraq onun azadlıqda qalması hamıda təəccüb doğurur. Bununla bağlı çeşidli versiyalar var. Onları bu yazımızda diqqətinizə çatdıracağıq.

Birinci versiya Eldar Mahmudovla bağlı xarici ölkə rəhbərlərindən birinin xahişi etməsidir. İddia edilir ki, bu İsraildir. Hətta MTN məsələsi ortaya çıxan kimi, İsrailin XİN başçısı Libermanın Bakıya qəfil səfər etməsi də bununla əlaqələndirilirdi.

İddialar sırasında qeyd olunur ki, Eldar Mahmudovun İsrail tərəfindən dəstəklənməsinə səbəb onun bu ölkəyə pul qarşılığında informasiya ötürməsi olub.
İkinci versiya isə Eldar Mahmudovun pullarının əlindən alınması məqsədidir. Politika.az xəbər verir ki, MTN şefi olaraq külli miqdarda pulu mənimsəməyə nail olmuş Mahmudovun böyük sərvətinin olduğu kimsəyə sirr deyil. Onun Bakıda və rayonlarda onlarla villası, sexləri, zavodları, hətta istehsal sahələrinin olduğu da dəqiqdir. Evində axtarış aparılan sabiq nazirin seyfindən tutarlı məbləğin çıxmaması isə hakimiyyət tərəfindən təəccüblə qarşılanmayıb. Elə bu səbəbdən də onu ev dustağı edərək, əlindəki bütün əmlakı sataraq, onu pul şəklində dövlətə köçürməsi tələb olunur. Bu səbəbdən də onun hələlik azadlıqda qaldığı vurğulanır.

Üçüncü versiya isə Eldar Mahmudovun əlində hakimiyyət əleyhinə ciddi kompromatların olmasıdır. İddialara görə, sabiq nazir bütün məmurlarla bağlı məlumatlara malikdir və həbs olunacağı təqdirdə onları dövriyyəyə buraxa bilər. Bu məlumatların bir qismi yazılı olsa da, böyük əksəriyyətinin gizli çəkilişlərdən (hətta İlham Əliyevin şəxsi həyatı) və səs yazılarından ibarət olduğu deyilir.

Eldar Mahmudov durumunun ağır olduğunu yaxşı bilir və bu səbəbdən də həbs olunmaması üçün hakimiyyəti dolayı yollarla şantaj edir.

Qeyd edək ki, bunlar üzdə olan versiyalardır. Lakin üzdə olmayan məqamlar da var. Həmin üzdə olmayanların konkret olaraq hakimiyyət üçün hansı təhlükəli xarakter daşıdığını demək isə mümkünsüzdür./politika/
582 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54