Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2016

Növbə Ziya Məmmədova çatdı

Növbə Ziya Məmmədova çatdıNəqliyyat nazirinin qohumları işdən çıxarılır, hətta “kassir”ləri də hədəfə alınıb

Nəqliyyat Nazirliyi ətrafında yaşanan olaylar artıq özünün kulminasiya həddini çoxdan keçib. İndi eniş zamanı və ya tənəzzül dövrüdür. Nəqliyyat naziri Ziya Məmmədovun bütün səlahiyyətlərini əlindən alan dövlət başçısı, ona sadəcə, quru nazir adını saxlayıb. Heç bir səlahiyyəti və təsir imkanı olmayan Məmmədov isə özünü və ətrafını qorumağa çalışır.

Artıq səlahiyyətlərin azaldılması ilə yanaşı, Ziya Məmmədov və kadrlarının da sıradan çıxarılması prosesi start götürüb. Etibarlı mənbələrdən aldığımız məlumata görə, nazirin icra başçısı olan qohumları və yaxınları artıq işdən çıxarılacaqları günü gözləyirlər. Bununla bağlı onlara xəbərdarlıq da edildiyi deyilir.

Mənbənin qeyd etdiyinə görə, ilk işdən çıxarılacaq icra başçısı Mənsur Məmmədov olacaq. Politika.Az xəbər verir ki, Ucarın icra başçısından edilən şikayətlərin də ardı-arası kəsilmir. Ümumiyyətlə, Göyçayda belə icra başçısı olarkən yarıtmaz fəaliyyəti ilə diqqəti çəkən Mənsur Məmmədov Ucarda lap biabırçılıqlar edir. Onun ilklər sırasında olmasının səbəbi isə Ziya Məmmədovun əmisi oğlu olmasıdır.

Amma analoji proses Quba və Göyçayın da icra başçılarını gözləyir. Çünki bu şəxslər də Ziya Məmmədovun «kassir»ləri sırasındadırlar. Onların sıradan çıxarılması isə nazirin pul qaynaqlarının tamamilə kəsilməsi deməkdir./politika/
577 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber