Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2016

Yeganə mənəvi stimullu silahlı qüvvələr...

Ayətullah Xamenei Silahlı Qüvvələrin komandanları ilə görüşdü

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Komandanı Ayətullah Xamenei ötən gün bir qrup hərbi komandanı qəbul edib. Ayətullah Xamenei görüşdə buyurub:
İslam Respublikasında silahlı qüvvələrin əsas vəzifəsi milli təhlükəsizlik sərhədlərini qorumaqdır. Buna görə də bu qüvvələrin əməliyyat gücünü, mənəvi stimullarını günbəgün gücləndirmək lazımdır...
Bəzi ölkələrdə ordu, silahlı qüvvələr nümayiş üçündür və yalnız hakimiyyəti, hökumət başçılarını qoruyur... Bizim regionda da belə ordu nümunələri var. Belə ordulardan biri bir ildən artıqdır bütün gücü ilə Yəmənə hücum edib, Yəmən xalqını hədəfə alıb... Zahirdə yüksək hazırlıqlı görünən bu ordunun meydanda bacardığı ağılsızlıq və qəddarlıqdır... Belə ordular əməliyyat meydanında məğlub olduqda Blackwater kimi peşəkar cinayətkarlardan istifadə etməkdən çəkinmirlər...
İslam Respublikasının silahlı qüvvələri dünyada yeganə qüvvədir ki, həm siyasi müstəqil ölkədədir, həm mənəvi əsasları olan bir məktəbdir, həm də əməliyyat bacarığı var... Bu silahlı qüvvələr bir partiya ya qanada bağlı deyil, bütün xalqın, məmləkətindir...

Vilayet.info
770 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber