Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2013

İdman psixologiya üçün əhəmiyyətlidir

Tədqiqatlara görə, idman məşqləri psixologiyaya yaxşı təsir göstərir.
Cardiff Universitetində aparılan tədqiqatlara görə xroniki xəstəliklərə səbəb olan ekoloji faktorlara təkcə idman məşqləri kifayət deyil. Tədqiqat xəstəliklərdən uzaq bir həyat üçün başlıca olaraq siqareti tərgitməyi, nizamlı məşqi, artıq çəkidən azad olmağı, sağlam və balanslı qidalanmanı uyğun görür.
Həmçinin ağlını itirmə və zehni zəifliklə əlaqədar narahatlıqlarda 60% nisbətində azalma müşahidə olunub. Tədqiqatlarda daha çox idmanın şəkər xəstəliyi və ürək narahatlıqları riskini 70% nisbətində azaltdığı bildirilir.
Cardiff Universiteti Tibb Fakültəsindən Peter Elmwood, siqaret çəkənlərin sayının azaldığını qeyd edərək idmanın tibbi müalicədən faydalı olduğunu bildirib.
İdman məşqləri zehni problemləri olan insanlara müsbət təsir göstərir. Tədqiqatlar sübut edib ki, ağlını itirmə problemi olanlar belə idmanla məşğul olduqda sağlam düşüncəyə və həyat tərzinə malik olurlar.
Məlumata görə sağlamlıq sahəsində müstəqil tədqiqatlar aparan "The Cochrane Collaboration" təşkilatı 300-dən çox adamı tədqiqatlara cəlb edib.
Onların sistemli bir şəkildə evdə və ya ev xaricindəki mərkəzlərdə məşq etmələri təmin edilib. Nəticədə iştirakçıların psixoloji halının yaxşı olduğu, edilən məşqlərlə düşünmə qabiliyyətinin artdığı müşahidə olunub. İdman həmçinin həyat keyfiyyətinə də yaxşı təsir göstərib. Tədqiqatı icra edənlərdən Dorothy Forbes, mövzu ilə əlaqədar bildirib ki, idman təlimatlarına fikir vermək lazımdır. Forbes ağlını itirmə problemi yaşayanların proqramlı olaraq idman etməsinin vacibliyindən danışıb.
1895 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber