Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2016

Yəməndə rəsmən atəşkəs elan edildi - Foto

Bazar ertəsinə keçən gecədən (11 aprel 2016-cı il tarixindən) etibarən Yəməndə atəşkəs sənədinin rəsmən qüvvəyə mindiyi elan olunub. “Ənsarullah” təşkilatı, Yəmən müxalifəti və Səudiyyə tərəfi bütün cəbhələrdə atəşkəsə riayət edəcəklərini bildiriblər.
Əldə edilən atəşkəsdən sonra sülhə dair danışıqlar aparamaq üçün Husilər Səudiyyə və Yəmən müxalifətilə aprel ayının 18-də Küveytdə görüş keçirmələri nəzərdə tutulur.

Xatırladaq ki, Yəməndə münaqişə törədən tərəflər və ölkələr artıq bir neçə dəfə sülh danışıqları üçün atəşkəs elan etsələr də lakin sonradan münaqişələr yenidən alovlanıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ötən ilin mart ayının 26-dan etibarən Yəmən ərazilərində hərbi əməliyyatlara başlayıb. Hərbi əməliyyatlar zamanı minlərlə insan həyatını itirib,10 mindən artıq insan isə yaralanıb. Yüz minlərlə insan isə öz evlərindən məcburi köçkün düşüb. Yəmən əhalisi qida, tibbi ləvazimat, o cümlədən gündəlik təlabat mallarını əldə etməkdə çətinlik çəkir. Səudiyyə Ərəbistanı və müttəfiqlərinin blokadası Yəmənin iqtisadi vəziyyətini çətinləşdirib./Eastnews/




558 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...