Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2013

Ağdamda qadın doğuş zamanı ölüb

Keçən gün axşam saatlarında 36 yaşlı qadın Ağdam Rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı keçinib.

Ölən qadın əslən Ağdam rayon sakini olan, hazırda Bakıda yaşayan 1977-ci il təvəllüdlü Əsgərova Gülmirə Bəxtiyar qızıdır.

Məlumata görə, hamilə olan Əsgərova Gülmirə bir neçə gün əvvəl Bakıdan Ağdam rayonuna, anası gilə gəlib. Bu gün axşam saatlarında onun vəziyyəti pisləşib. Saat 17-18 radələrində qadın zəngin qanaxma ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, qadını xilas etmək mümkün olmayıb. O, doğuş zamanı zəngin qanaxmadan həyatını itirib./apa/
1651 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP