Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2016

İsrailli bir nazir: Suriyadakı müharibə üçün “Ən yaxşı həll həllsizlikdir”

ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) keçmiş agenti Yelizabet Murray Türkiyənin “A Haber” kanalının efirində şok açıqlamalar verib.

İŞİD terror təşkilatının CİA-ya xidmət etdiyini söyləyən təcrübəli agent bir çox amerikalının ABŞ-ın Yaxın Şərqə müdaxilələrindən xəbərinin olmadığını deyib.

Onun sözlərinə görə, müsəlman dünyasının ABŞ-a qarşı qəzəbi CİA-nın bu ölkələrdə həyata keçirdiyi dövlət çevrilişləridir.

“On illərdir davam edən ABŞ-ın hərbi müdaxilələri, 1970-ci illərdə Talibana hərbi təlimin keçirilməsi, “Əl-Qaidə”nin yaradılmasına kömək və bu gün İŞİD. Bütün bunlardan kim qazanc əldə edir? Yaxın Şərqdəki terrordan yalnız silah baronları qazanır. “İŞİD-i tamamilə CİA yaratdı” deyə bilmərəm. Amma İŞİD CİA-nın maraqlarına xidmət edir və bu işdə İsrailin də barmağı var. Kürdlər ilə olan məsələni Türkiyənin özü həll etsin. Xarici kəşfiyyat təşkilatları prosesə müdaxilə etməməlidir. Terroru terrorçuları tək-tək vuraraq bitirə bilməzsiniz. Terror bataqlığını qurutmaq lazımdır. Yəni, silah dəstəyini dayandırmaq lazımdır. PKK və YPG-ə silah çatdırılmasına sanksiyaların tətbiqinin tərəfdarıyam”, - Yelizabet Murray bildirib.

O, ABŞ-dakı “dərin dövlət”in müharibələr ilə zənginləşən silah tacirləri və hərbi şirkətlərdən ibarət olan kompleks bir sistem olduğunu bildirib: “2013-cü ildə israilli bir nazir Suriyadakı müharibə üçün “Ən yaxşı həll həllsizlikdir” söyləmişdi. Çünki bütün suriyalıların bir-birini öldürməsindən olduqca məmnundurlar. Bu, eyni zamanda silah istehsalçıları üçün və ABŞ-dakı “dərin dövlət” üçün də çox qazanclı işdir”./publika/
617 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı