Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2016

Kerri müttəfiqlərindən soruşsun ki, İŞİD-ə silahı kim satır?

ABŞ dövlət katibi Con Kerri deyibi ki, ABŞ və onun partnyorları İranı narahat edən məsələləri birlikdə müzakirə etməyi təklif ediblər. Kerri bildirib ki, ABŞ hətta bu müzakirələr üçün yeni formatlar barədə təkliflər verə bilər. Bir də Kerri İranın terrorçuları himayə etdiyini təkrarlayıb.

Məhəmməd Cavad Zərifin cavabı çox çəkməyib: “Raket proqramı danışıqlar mövzusu olmayacaq”.

Məhəmməd Zərif həmçinin işarə edib ki, ABŞ-ın regional müttəfiqləri məxfi şəkildə İŞİD terrorçularını dəstəkləyirlər. “ABŞ İrana qarşı əsassız və dəlilsiz iddialar qaldırmaqdandsa, regional məsələlərə daha ciddi nəzər yetirməlidir, - deyib Zərif, 

Cənab Kerri öz müttəfiqlərindən soruşmalıdır ki, İŞİD terrorçuları silahları kimdən alır? Cənab Kerri öz müttəfiqlərindən soruşmalıdır ki, İŞİD terrorçuları nefti kimə satır? Cənab Kerri öz müttəfiqlərindən soruşmalıdır ki, İŞİD Suriya və İraqda muzeylərdən oğurladıqları antik əşyaları hansı ölkədə satır?
739 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...