Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2016

İran müdafiə nazirindən Con Kerriyə: "Boş-boş danışmasın"

İran müdafiə naziri general-mayor Hüseyn Dehqan ABŞ Dövlət katibi Con Kerrinin İranın raket əleyhinə müdafiə sisteminə qarşı verdiyi bəyanatlarla əlaqədar olaraq mətbuat nümayəndələrilə keçirdiyi müşavirədə açıqlama verərək, "İlk növbədə onların bizə qarşı bu şəkildə rəftar etmədiyi vaxt olmadı və İrana qarşı həmişə ən ağır tədbirlərə əl atdılar", söyləyib.

H. Dehqan amerikalıların İranfobiya layihəsini regionda yaymaq üçün çox böyük təlaşla çalışdığını bildirib.

İran müdafiə naziri general-mayor Hüseyn Dehqan ABŞ-ın Səudiyyə Ərəbistanının Yəməndə qadın və uşaqlara qarşı törətdiyi cinayətlərə səssiz qalmasına toxunaraq, "Əgər bir ölkə ABŞ-la birlikdə deyilsə, baş verən ən kiçik hadisə qarşısında dərhal insan haqlarından dəm vururlar", -deyə qeyd edib.

Dehqan; "Əgər Con Kerri bu məsələlər üzərində bir az düşünsəydi, bu qədər boş-boş danışmazdı və bunu bilməlidir ki, boş-boş danışmasa, əsla unutqanlığa və səhv analizə düçar olmayacaq", -deyə sözünü tamalayıb./Eastnews/
621 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber