Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2013

SKYPE danışıqlarının dinlənildiyini bilirsinizmi?

Kibercinayətlərin araşdırması ilə məşğul olan, Group-IB şirkətinin rəhbəri İlya Saçkovun sözlərinə əsasən, təhlükəsizlik xidmətləri artıq bir neçə ildir ki bu danışıqlara nəzarət edir və hətta istifadəçinin yerini müəyyən edirlər.

Ödəniş sistemləri sahəsində provayder xidmətləri göstərən Peak Systems şirkətinin icraçı direktoru Maksim Emmin verdiyi məlumata əsasən, Microsoft şirkəti 2011-ci ilin may ayında Skype şirkətini aldıqdan sonra, servisi qanuni izləmə texnologiyası ilə təchiz edib.

Beləliklə, istənilən istifadəçini, şifrələmə açarları istifadəçinin qurğusunda yox, serverdə generasiya edilən, xüsusi rejimə keçirmək olar. Serverə çıxışı olanlar danışıq və ya yazışmaları izləyə bilər, bu xidməti Microsoft Rusiyadan başqa bir sıra ölkələrin təhlükəsizlik xidmətlərinə təqdim edir.

Bununla yanaşı, Skype proqramının Çin versiyasında klaviatura casusu proqramı daxildir ki, bu da klaviaturada yığılan hərflərin və rəqəmlərin ardıcıllığını yadda saxlayır.

Bu proqram, Skype-da yığılan məlumatları arzuedilməz sözlərin mövcudluğunu yoxlamaq üçün istifadə edir, yığılan məlumatları isə Çin təhlükəsizlik xidmətinə ötürür.
1771 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP