Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2016

Tovuzlu şəhidimiz torpağa tapşırıldı

Düşmənin yüksəkrütbəli zabitlərini və 10-dan çox hərbçisini məhv edən şəhidimiz dəfn olundu. Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hərbi əməliyyatlar zamanı şəhid olan gizir Mirsalam Cəfərov doğulub boya-başa çatdığı Tovuz rayonunda torpağa tapşırılıb. Onun qismətinə anadan olduğu gündə şəhid olmaq yazılıbmış.

Mirsalam Cəfərov Goranboy rayonu istiqamətində düşmənin kəşfiyyat diversiya qrupunun basqınının qarşısını alarkən əks hücum təşkil edib və düşmənin 2 yüksəkrütbəli zabitini və 10-dan çox hərbçisini məhv edib. O, eyni zamanda yaralı yoldaşlarının da köməyinə çataraq onları xilas edib. Şəhid yaylım atəşinin sədaları altında son mənzilə yola salınıb. Allah rəhmət eləsin!
562 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı