Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2016

Naftalanda bir ailənin ikinci şəhidi son mənzilə yola salındı

Vətən torpaqları uğrunda qəhrəmancasına həlak olanlar arasında Naftalan şəhərindən də şəhid var.

Bu, 1979-cu il təvəllüdlü kapitan Vaqif  Dilqəm oğlu Bayramovdur.

V.Bayramov Tərtərin Talış kəndi istiqamətində qəhrəmancasına şəhid olub.


Verilən məlumata görə, o, döyüş meydanında qalan yaralı yoldaşlarını mövqelərimizə çatdırdıqdan sonra, geriyə yox, irəli gedib və təəssüf ki, düşmənin gülləsinə tuş gəlib.

V.Bayramov bu gün böyüyüb boya-başa çatdığı Naftalan şəhər qəbristanlığında dəfn olunub.

Qeyd edək ki, V.Bayramovun qardaşı Mehman Bayramov da şəhiddir.

O, 24 il öncə, 1992-ci il iyul ayının 1-də Qarabağ uğrunda döyüşlərdə şəhid olub.

Allah rəhmət etsin!
550 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP