Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2016

"İŞİD MKİ-nin maraqlarına xidmət edir" - ABŞ-dan etiraf

"İŞİD-i tamamilə Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) yaratmasa da, bu terrorçu qruplaşma onun maraqlarına xidmət edir".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş məsul şəxslərindən Elizabet Mürrey "ahaber" telekanalında yayımlanan "Yaz-Boz" proqramında çıxışı zamanı bildirib.

"İŞİD-i bütövlükdə MKİ-nin yaratdığını deyə bilmərəm. Ancaq o, MKİ-nin maraqlarına xidmət edir. Bu işdə İsrailin də əli var. Kürdlərlə bağlı məsələyə Türkiyə qərar verməlidir. Xarici kəşfiyyat təşkilatlarının prosesə müdaxilə etməsinə icazə verməməliyik. Terrorçuları bir-bir öldürməklə terrorun kökünü kəsmək olmaz. Bu bataqlığı qurutmaq, onlara silah-sursat dəstəyini kəsmək lazımdır.

Onun sözlərinə görə, Orta Şərqdə qarışıqlığı yaradan ABŞ-dakı dərin dövlət və silah tacirləridir: "Bölgədəki qarışıqlıqdan daha çox silah baronları qazanır".

O, ABŞ-ın 1970-ci ildə "Taliban"a təlim verməsini, "Əl-Qaidə"nin qurulmasına yardım etdiyini də söyləyib.
574 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP