Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2013

Akif Səlimov şöbə müdirindən 65 min manat alıb-Şok iddia-Video

Laçın rayon icra hakimiyyətinin başçısı Akif Səlimov və Laçın rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Yusif Hüseynov Şamkənd musiqi məktəbini “hərrac”a çıxartdılar və “satdılar”.

Biznesmen Yusif Hüseynov Laçın rayon icra hakimiyyətinin başçısı Akif Səlimova 65 min manat rüşvət verərək rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsinə təyin olunandan sonra verdiyi pulu çıxartmaq üçün rüşvətxorluq və daşıdığı vəzifə səlahiyyətlərindən sui-istifadə edir. Laçın rayon Mədəniyyət şöbəsinin müdiri Yusif Hüseynov telefon danışığında Şamkənd musiqi məktəbinin “hərrac”a çıxarıldığını qeyd edibdir.

Rayon əhalisində belə bir fikir formalıaşbdı ki, kimin pulu və diplomu varsa icra başçısından vəzifə almaq çox asan işdir. Facebook sosial şəbəkəsində ” Ölmüşümü Görəsiz ” adlı profillə qeyri etik paylaşmalar edən, status və rəylərində adi küçə söyüşləri yazan , Azərbaycanda prezidenti xalqın seçmədiyini, Həcc ziyarətində olarkən prezident cənab İlham Əliyevə səs verən zəvvarların ziyarətinin qəbul olunmadığını, səhifəsində qoyun şəkili paylaşaraq onu hansısa nazirə bənzətdiyini, Nizami Gəncəvinin xalqa azərbaycanlı kimi “soxuşdurulduğunu” əslində isə kürd olduğunu bildirən Sadiq Axundov adlı birinin Ağcabədi rayonu Taxta körpü qəsəbəsində yerləşən Şamkənd musiqi məktəbinə direktor təyin edilməsi böyük səs- küyə səbəb olub.

Xatırladaq ki, İkinci qrup əlil olan Sadiq Axundov məktəb direktoru təyin olunmaq üçün Ağcabədi rayon xəstəxanasından sağlamlıq haqqında saxta sənəd alıbdır. Məktəbin kollektivi və Şamkənd kəndindən olan bir qrup ziyalının bu təyinata görə rayon Mədəniyyət şöbəsinin müdiri Yusif Hüseynova və icra başçısı Akif Səlimova Sadiq Axundovun iş bacarığının , siyasi düşüncəsinin və etikasının 50 nəfər işçisi olan bir kollektivə rəhbərlik etməyə çatmadığını bildirsələr də heç bir nəticə olmadı.

Qeyd edək ki, Şamkənd musiqi məktəbinin kollektivi Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə və aidiyyəti dövlət qurumlarına müraciət etsələr də heç bir tədbir görülmür. Bu səbəbdən də şikayətçilər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabların müraciət edəcəklər.

Onu da qeyd edək ki, Laçın rayonu Şamkənd musiqi məktəbinin müəllimləri (Xətayi İsmayılov Şamil Şükürov Abbas Əhmədov Nizami Mahmudov Zamiq Məhərrəmov Şiraslan Səmədov Soltan Allahverdiyev Xosrov Şahmuradov Fərhad Mirzəyev Mehdi Mirzəyev Məhəmmədəli Mirzəyev Mirzalı İbrahimov Müsabi Cavadov Şamil Əsgərov Nazilə İsmayılova Günel Əsədova) bununla bağlı bizə mürciət də ediblər. Qarşı tərəfi də dinləməyə hazırıq./azerinfo/
3866 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:22
“Dedi, 2 mi