Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2016

700 bal toplamış şəhid əsgərin böyüdüyü ev dəhşət saçır - FOTO

Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olan, evin tək oğlu, qəbul imtahanlarında 700 bal toplamış, Azərbaycan Texniki Universitetinin məzunu olmuş, Zəngilan rayonundan məcburi köçkün düşmüş Müşfiq Orucovun ailəsinin sosial durumu çox bərbad vəziyyətdədir. Şəhid ailəsi H.Z.Tağıyev adına Toxuculuq Fabrikinin yataqxanasında daxma boyda bir otaqda yaşayır.

Şəhidin valideyinləri neçə illərdir müəllim maaşı ilə birtəhər dolanırlar. Ailəyə pul yardımı etmək istəyənlər olub. Amma şəhidin valideynləri bunu qəbul etməyib. Lakin ailənin qaldığı yer şəkillərdən də göründüyü kimi çox acınacaqlıdır. Yeməyi, yatmağı, eyni otaqda edirlər. Şəhidin ailəsinə başsağlığına gələnləri ev darısqal olduğundan çöldə qarşılayırlar.

Bu ailənin dövlət tərəfindən mənzillə təmin olunmasına ikiqat haqqı çatır. Həm məcburi köçkün, həm də şəhid ailəsidir./criminal/




1298 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 08:15