Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2016

Qarabağ münaqişəsinin həllində Türkiyənin ikili siyasəti

Son günlərdə Qarabağ münaqişəsinə görə Azərbaycan və Ermənistan arasında toqquşmalar kəskinləşdi və hər iki tərəfdən təqribən 100 nəfər insan həlak oldu. Ərdoğan dövləti bu mövzunu əlində dəstavüzə çevirdi və riyakar mövqe tutaraq Azərbaycanı dəstəkləməklə özünü Azərbaycan xalqının dostu kimi qələmə verməyə cəhd etdi.
Halbuki, 2009-cu ildə Rəcəb Təyyib Ərdoğan baş nazir olduğu dövrdə İsveçrədə Ermənistan dövləti ilə tarixi sülh müqaviləsi imzaladı. Bu müqaviləyə əsasən, Türkiyə və Ermənistan rəsmiləri bir əsr boyunca iki ölkə arasında yaşanmış ixtilaflara xitam verməlidir. Sözü gedən müqavilə İsveçrənin Sürix Universitetində və dünyanın bir çox ölkələrinin rəsmilərinin, o cümlədən o dövrdə Amerika və Fransanın baş nazirləri olmuş Hillari Klinton və Bornar Kuşner, həmçinin AB-nin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Xavyer Solananın iştirakı ilə imza olundu.
Birinci Dünya Müharibəsindən və Osmanlıların ermənilərlə diplomatik qarşıdurmalarından sonra Türkiyə və Ermənistan arasında münasibətlər kəsildi. Ermənilər o zaman ermənilər əleyhinə baş vermiş qırğını soyqırım adlandırırlar və Türkiyə ermənilərin "bir milyon yarımdan çox erməniyə qarşı soyqırım olunmasını və ermənilərin Türkiyədən məcburi köçürülməsi" iddiasını qəbul etmir, ölənlərin sayının şişirdilməsini deyir.
Müqavilə bağlandığı zaman Azərbaycan Respublikası bu müqaviləni bərk tənqid edərək sözü gedən hərəkətin "Azərbaycan və Türkiyə arasında qardaş münasibətlərinə xələl gətirdiyini" bildirdi, hətta Türkiyəyə qaz verməsini dayandıracağı ilə də bu ölkəni təhdid etdi.
Maraqlısı budur ki, Türkiyənin o zamankı prezidenti Abdullah Gülün dəvəti ilə Ermənistanın prezidenti Sarkisyan milli futbol oyununu izləmək üçün Türkiyəyə səfər etdi və bu, olduqca adi və normal bir məsələ kimi qarşılandı.
Həmçinin, Türkiyə öz münasibətlərini Ermənistanla normallaşdırmağa çalışır və bu vasitə ilə özünün keçmiş arzusu olan Avropa Birliyinə qoşulmağa yaxınlaşmaq istəyir. Türkiyə özünün bu məqsədinə çatmaq üçün Qarabağ məsələsinə göz yummağa və Ermənistanın xeyrinə olaraq kənara çəkilməyə hazırdır.
626 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:49