Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2013

Palmali şefini kim xilas edib?

Türkiyədəki həbslər Azərbaycana da təsirini göstərdi. Rza Zərrab və digərlərinin Azərbaycanla əlaqələri barədə bilgi axını mətbuata axmağa başladı. Bu məlumatlardan diqqət çəkənlərindən biri Şeyxin qardaşı, millət vəkili Cavanşir Paşazadənin İranın kirli pullarını yuyan Rza Zərrabın Azərbaycandakı əsas ortağı olması idi. Bu yazıya cavab gecikmədi.

Deputat ”Yeni Müsavat”da haqqımda gedən məqalənin kimlərin sifarişi əsasında yazıldığını yaxşı bilirəm. Lazım olsa ölkəyə qayıdan kimi böhtan xarakterli yazıların sifarişçilərinin adını açıqlayacağam” deyərək, meydan oxudu. Şeyxin qardaşı özü ilə yanaşı Mübariz Mənsimovu da müdafiə etməyi unutmadı: “Palmali Şirkətlər Qrupunun da bu çirkin işdə adını hallandırırlar. Türkiyə hüquq-mühafizə orqanları bir il ərzində tədqiqat aparıblar və cinayətkarları həbs ediblər. Əgər Mübariz Mənsubovun bu cinayətlərə aidiyyəti olsaydı, onu da həbs edərdilər”.

Palmalinin şefi Mübariz Mənsimovun Paşazadə ailəsi ilə yaxın münasibəti bəlli olduğundan bu müdafiə başadüşüləndir. Qeyd edək ki, Bütün Qafqazın Şeyxi istər Həccə, istərsə də, Almaniyaya müailəcəyə Mənsimovun özəl təyyarəsi ilə gedir.

501 

Mənsimovun bu korrupsiyadan kənar qalmasına səbəb isə heç də din xadimlərinə göstərdiyi savab əməl deyil. Türkiyədəki qaynaqlardan verilən xəbərə görə, Mənsimovu həbs dalğasından qurtaran ortağı olub.

Belə ki, Ərdoğan-Gülən qarşıdurması mətbuata sızmadan öncə başladılan əməliyyatlardan Camaatın “ağır abi”lərinin məlumatı olub və yaxınlarını bu şəxslərdən uzaq dayanmaq təlimatı verilib.

Məlumatlı şəxsin sözlərinə görə, Mübariz Mənsimovla yaxın dost və partnyor olan İhsan Kalkavan adlı biznesmen Palmali şefini bu əməliyyatlardan qurtarıb.  Mənsimov Türkiyə vətəndaşlığı alarkən, onun işlərini yoluna qoyan və Türkiyə Daxili İşlər Nazirliyinin bu vətəndaşlıqla bağlı yaratdığı problemləri qısa zamanda həll edən Beşiktaş Dənizçilik Şirkəti İdarə Heyətinin sədri İhsan Kalkavan növbəti dəfə yardımını əsirgəməyib. Bilindiyi kimi, Ərdoğan hakimiyyətini laxladan son həbslərdə Camaatın rolu etiraf olunmasa da, böyükdür. Məhz bu araşdırmaları aparanlar və iddianəmənin hazırlanması üçün çalışanlar Kalkavanın dostu Mənsimovu “görməzdən” gəliblər. Təbii ki, holdinqini İstanbuldan idarə edən Palmali şefi də dostuna qulaq asaraq, son bir neçə ildə özünü “yandırmayıb”.

Bilindiyi kimi, hər iki şəxs Türkiyənin “Kasımpaşa” futbol komandasının İdarə Heyəti üzvüdürlər və klub Ərdoğana yaxın klub sayılsa da, İhsan Kalkavan Gülənə yaxınlığı ilə tanınır. Hər il “Hizmət”ə 1 milyon dollar bağışlayan Kalkavan “Gülən üçün ölərəm” sözləri ilə məşhurdur.

images

Onu da qeyd edək ki, bir müddət öncə Türkiyənin “Yurt” qəzeti möhtəşəm ikilini silah ticarəti ilə məşğul olmaqla suçlamışdı. Kalkavan-Mənsimov ittifaqı ötən il 120 milyon dollarlıq tərsanə sazişi ilə də gündəmə gəlmişdi. Müqaviləyə görə, Kalkavanların limanında qurulacaq üç böyük neft platforması Rusiyanın “Lukoyl” şirkətinə icarəyə veriləcək.

1432 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber