Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2016

Bakıya getmək üçün pul qazanmaq istədi, minaya düşdü

“Dolanışıq ucbatından getdi qulançar yığmağa. İstəyirdi satıb yol pulu düzəltsin, Bakıya işləməyə getsin. Aradan 2-3 saat keçəndən sonra eşitdik ki, minaya düşüb”.

Bu sözləri aprelin 9-da Qazax rayonun Xanlıqlar kəndində, sərhəd zolağının yaxınlığında minaya düşən kənd sakini Kamal Elman oğlu Abbasovun nənəsi Zöhrə Abbasova deyir.

Minaya düşən gəncin artıq sol ayağı amputasiya olunub. Kamal Abbasovun həkimi Ayşə Əlisgəndərova deyir ki, onun vəziyyətinin yaxşılaşması üçün müvafiq tədbirlər görülür: “Xəstə aprelin 9-da, saat 21 radələrində Qazax Müalicə Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə daxil olub. Xəstəyə təcili reanimasion tədbirlər görülüb”./meydantv/
617 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 16:25